İQTİSADİYYAT


Əfqanıstan SOCAR-ın bu ölkəyə neft məhsullarının idxalını artırmağı təklif edib

Bakı, 24 may, AZƏRTAC

Əfqanıstan SOCAR-ın bu ölkəyə neft məhsullarının idxalını artırmağı təklif edib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, mayın 24-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Əfqanıstanın Ticarət və Sənaye naziri Acmal Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə tərəflər Əfqanıstan ilə Azərbaycan arasında uzunmüddətli əlaqələrin qurulmasında və inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər. Son illərdə Azərbaycanın neft məhsullarının Əfqanıstanın yanacaq bazarına idxal olunduğu bildirilib, dövlət səviyyəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Əfqanıstanlı nazir ölkəsinin yanacaq bazarı ilə bağlı məlumat verib, idxalın şaxələndirilməsi məqsədilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını, SOCAR-ın Əfqanıstana idxal etdiyi neft məhsullarının çeşidinin, eləcə də həcminin artırılması ilə bağlı təkliflə çıxış edib.

Qeyd edək ki, SOCAR hazırda satış, nəql və ticarət əməliyyatlarını dünyanın 40-dan çox ölkəsində, 100-dən artıq satış məntəqəsində həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.