SİYASƏT


Əfqanıstana gedən sülhməramlılarımızın yolasalma mərasimi keçirilib

Bakı, 8 oktyabr (AZƏRTAC). Oktyabrın 8-də Bakıdakı “N” saylı hərbi hissədə Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 23 nəfərdən ibarət qrupunun plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınması mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulayıb, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə ediblər.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, iki hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə iki zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.