DÜNYA
Əfqanıstanda “Taliban” hərəkatı ilə toqquşmalarda 35 hərbçi həlak olub
Bakı, 15 noyabr, AZƏRTAC
Əfqanıstanın qərbində “Taliban” hərəkatı ilə toqquşmalarda təhlükəsizlik qüvvələrinin azı 35 əməkdaşı həlak olub.
AZƏRTAC Pajvak informasiya agentliyinə istinadla xəbər verir ki, insident noyabrın 15-nə keçən gecə baş verib. “Taliban” hərəkatının silahlıları Fərah əyalətində hökumət qüvvələrinin mövqelərinə hücum ediblər. Onlar üç nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə müvəffəq olub.
Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə terrora qarşı birgə əməliyyatlar keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]