DÜNYA
Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 126 hərbçi həlak olub
Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 21-də “Taliban” hərəkatının Əfqanıstanın Vardak əyalətində yerləşən hərbi kompleksə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı 126 əməkdaşı həlak olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hərbi hissənin qarşısında minalanmış avtomobilin partladılması nəticəsində 100-dən çox hərbçinin öldüyünü yerli hakimiyyət orqanları da təsdiqləyib. Lakin ölkə hökumətinin nümayəndələri hadisəyə şərh verməkdən imtina ediblər.
Bir qədər əvvəl “Tolo News” telekanalı Əfqanıstan Silahlı Qüvvələrinin Vardak əyalətinin administrativ mərkəzi Maydanşəhr şəhərindəki hərbi bazası qarşısında minalanmış avtomobilin partladıldığı və bir neçə silahlının hərbi obyektə atəş açdığı barədə məlumat yaymışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]