DÜNYA
Əfqanıstanda partlayış nəticəsində 8 hərbçi həlak olub
Bakı, 30 yanvar, AZƏRTAC
Əfqanıstanın Nanqarhar əyalətində minalanmış avtomobilin partladılması nəticəsində təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı həlak olub.
AZƏRTAC xəbər verir ki, Tolo News telekanalının yerli qubernatorun administrasiyasına istinadla yaydığı məlumata görə, partlayış bu gün səhər saatlarında Şirzad uyezdindəki blokpostda törədilib. Əyalətin polis rəisi isə avtomobilin hərbi baza yaxınlığında partladıldığını bildirib.
Hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.
Əfqanıstanda hökumət qüvvələri ilə “Taliban” hərəkatının silahlıları arasında qarşıdurma davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti və “Taliban” arasında sülh danışıqları başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:29]
Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]