DÜNYA


Əfqanıstanda partlayış nəticəsində azı 8 uşaq ölüb

Bakı, 11 may, AZƏRTAC

Əfqanıstanın cənub-qərbində yerləşən Qəzni əyalətində əldəqayırma bombanın partlaması nəticəsində azı 8 uşaq həlak olub.

AZƏRTAC Khaama Press informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın təhlükəsizlik qüvvələri məlumat yayıb.

Faciə yerli vaxtla səhər saat 08:00-da Mukur rayonunda baş verib. Hökumətin mətbuat xidmətinin məlumatına əsasən, partlayış nəticəsində azı səkkiz uşaq həlak olub, iki uşaq isə yaralanıb. Onların oyun zamanı təsadüfən “Taliban” hərəkatının hazırladığı bombanı işə saldığı bildirilir.

Xatırladaq ki, mayın 10-da Əfqanıstanın şimal-qərbindəki Fəryab əyalətində fuqas bombasının partlaması nəticəsində 4 uşaq həyatını itirmiş, 5 uşaq isə xəsarət almışdı.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkədə İŞİD terror qruplaşmasının da fəallığı artır. Milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın dəstəyi ilə bütün ölkə ərazisində silahlı qruplaşmalara qarşı birgə əməliyyatlar keçirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.