DÜNYA
Əfqanıstanda televiziya binasına hücum olub, 6 nəfər ölüb
Bakı, 18 may, AZƏRTAC
Əfqanıstanın Nanqarhar vilayətinin Cəlilabad şəhərində silahlı şəxslərin Milli Radio və Televiziya binasına hücumu zamanı 6 nəfər ölüb, 18 dinc sakin yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi Tolo News telekanalına istinadla məlumat yayıb. Basqın zamanı həlak olanların dördü teleradio şirkətinin, ikisi isə təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.
Hücum teleradio şirkətinin binasında insanların çox olduğu vaxt baş verib. "Atəş səslərini eşitdikdə telemərkəzi tərk etdik. Lakin heyət hücum vaxtı binada iş yerlərində idi", – deyə şirkətin rəhbərlərindən olan Əmrulla Rəvan bildirib.
Əfqanıstanın təhlükəsizlik qüvvələri 4 saatlıq ağır döyüşdən sonra 3 silahlıdan 2-ni zərərsizləşdiriblər, birini ələ keçiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]