İDMAN
Afrika Millətlər Kubokunun finalçıları məlum olub
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 14-də Misirdə keçirilən Afrika Millətlər Kubokunun finalçıları məlum olub.
AZƏRTAC xəbər verir ki, turnirin ilk yarımfinal görüşü Seneqal və Tunis yığmaları arasında olub. Görüşdə hər iki komanda 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib.
Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə olunmuş dəqiqələr oynanılıb. Qarşılaşmanın 108 dəqiqəsində hesab açılıb. Belə ki, top Tunis millisinin müdafiəçisi Dilan Bronin ayağına dəyərək qapıdan keçib. Qoldan sonra irəli atılan Tunis seçməsinin səylərinə baxmayaraq, hesab dəyişməyib. Beləliklə, Seneqal millisi tarixində ikinci dəfə Afrika Millətlər Kubokunun finalına yüksəlib.
Mərhələnin digər oyununda Əlcəzair millisi Nigeriya seçməsi ilə üz-üzə gəlib. Üç qol vurulan görüşdə əlcəzairlilər 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, final görüşü iyulun 19-da, üçüncü və dördüncü yer uğrunda qarşılaşma isə iyulun 17-də baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]