DÜNYA


Ağ evin qarşısındakı küçənin bir hissəsi “Qara talelər əhəmiyyətlidir” adlanacaq

Vaşinqton, 6 iyun, AZƏRTAC

Vaşinqton şəhərinin meri Müriel Bauzer "Tvitter" səhifəsində Ağ evin qarşısındakı küçənin iki məhəlləni əhatə edən hissəsinin “Qara talelər əhəmiyyətlidir” hərəkatının şərəfinə dəyişdirildiyini bəyan edib.

“16-cı küçənin Ağ ev qarşısındakı hissəsi rəsmi olaraq artıq “Black Lives Matter Plaza” adlanır”, - deyə Bauzer qeyd edib. Bu barədə verilən məlumata müvafiq yazılarla birgə yol göstəricilərinin videosu da əlavə olunub.

Prezident Donald Trampla M.Bauzer arasındakı münasibətlərdə gərginlik merin Vaşinqtondakı ixtişaşları yatırmaq üçün etirazçılara qarşı federal hüquq mühafizə orqanlarından və ordudan istifadəyə görə Prezidenti tənqid etməsindən sonra başlayıb.

Minniapolisin qaradərili sakini Corc Floydun öldürülməsi səbəbindən yaranmış ixtisaslar mayın 26-dan bəri davam edir. Şəhər sakinlərinin polis özbaşınalığına qarşı kütləvi etirazları polislə toqquşmalarla, qarışıqlıqlarla müşayiət olunur.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.