İDMAN
Ağcabədidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə şahmat yarışları keçiriləcək
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 26-dan martın 3-dək Ağcabədi Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Xocalı soyqırımı qurbanlarının xatirəsinə respublika şahmat yarışı keçiriləcək. “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək yarış ənənəvi xarakter daşıyır.
AZƏRTAC xəbər verir ki, yarışın A qrupunda 11-16 yaşlı, B qrupunda isə 10 yaşadək şahmatçılar iştirak edəcəklər. Turnirin A qrupunda 46, B qrupunda 47 şahmatçı gücünü sınayacaq.
Klassik partiyalardan əlavə, turnirdə rapid və blits yarışları da təşkil ediləcək.
Yarışa təhsil sistemində fəaliyyət göstərən məktəblərin şagirdləri ilə yanaşı, idman cəmiyyətləri və şahmat klublarının yetirmələri də qatılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]