CƏMİYYƏT


Ağcabədidə motosikletin vurduğu piyada xəstəxanada ölüb

Bakı, 10 sentyabr, AZƏRTAC

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağcabədi şəhəri ərazisində yolu keçən sakin Şərqiyyə Nəcəfova həmyerlisi Ə.Quliyevin idarə etdiyi motosikletlə vurulub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.