REGİONLAR
Ağdam: buğda sahələrində məhsuldarlıq 39, arpa zəmilərində isə 35,5 sentner olub
Ağdam, 5 iyul, AZƏRTAC
Ağdam rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini başa çatdırıblar.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, zəmilərdən 55 min 530 ton məhsul əldə edilib. Məhsulun 47 min 760 tonu buğda, 7 min 870 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 38,4 sentner, o cümlədən buğda zəmilərində 39 sentner, arpa sahələrində isə 35,5 sentner olub. Ötən illə müqayisədə hər hektarın məhsuldarlığı 1,3 sentner artıb. Hazırda biçilmiş taxıl sahələrində şum aparılır.
Qeyd edək ki, Ağdam rayonunun işğal altında olmayan ərazilərində cari ilin məhsulu üçün 14 min 443 hektarda taxıl, o cümlədən 12 min 228 hektarda buğda, 2215 hektarda arpa becərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]