REGİONLAR
Ağdam rayonunda 5814 hektarda yazlıq əkin aparılıb
Ağdam, 13 may, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda yaz-tarla işləri davam etdirilir. Rayonun fermerləri və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq göstərirlər.
Rayon Statistika İdarəsinin rəisi Xosrov İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək 5814,5 hektar sahədə yazlıq səpin həyata keçirilib. Yazlıq əkinlərin 2254 hektarı pambıq, 2087 hektarı tərəvəz, 652 hektarı təzə yonca, 309 hektarı şəkər çuğunduru, 373 hektarı kartof, 122 hektarı bostan bitkiləri, 14,5 hektarı qarğıdalı, 3 hektarı dən üçün günəbaxandır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:23]
Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb
- 08.05.2024 [17:48]
Gəncədə “Yaradıcı müzakirələr” keçirilir
- 08.05.2024 [17:02]
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
- 08.05.2024 [16:57]
Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb
- 08.05.2024 [16:35]