REGİONLAR
Ağdam sakini: Ən böyük arzumuz yerinə yetib
Ağdam, 15 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu gün işğaldan azad edilmiş ərazilərə, mənim üçün müqəddəs olan bir məkana - Ağdama gəldiyimiz üçün çox sevinirəm. Ən böyük arzumuz yerinə yetib.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Ağdam şəhərinə səfər etmiş rayon sakini Arif Məmmədov söyləyib.
O deyib: “Mən Novruzlu kəndində doğulsam da, uşaqlığım, gəncliyim Ağdam şəhərində keçib. Evimiz Ağdam şəhərində Tofiq İsmayılov küçəsində idi. Dəzgahqayırma zavodunda işləyirdim. Doğma şəhərimizin 1993-cü il iyulun 23-də işğal edilməsi ilə bizim də xoşbəxt həyatımıza son qoyuldu. Bu gün 28 ildir həsrəti ilə yaşadığımız şəhərimizə gəlmişəm. Qələbəni bizə yaşatdığına, bizi doğma yurdumuza qovuşdurduğuna görə Prezidentimizə, Ordumuza minnətdaram”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]