CƏMİYYƏT
Ağdaş sakinlərinin kanalda meyitlərinin aşkarlanması faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Sentyabrın 6-da saat 13 radələrində Ağdaş şəhər sakinləri 2006-cı il təvəllüdlü Arifə Niftəliyeva və 2008-ci il təvəllüdlü Fatimə Usubovanın şəhərin İstiqlal küçəsindən keçən Ləki kanalından meyitlərinin aşkar edilməsi barədə Ağdaş Rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə istintaq tədbirləri davam etdirilir.