REGİONLAR


Ağdaşda 620 hektar sahədə çəltik əkilib

Ağdaş, 25 iyun, AZƏRTAC

Ağdaş rayonunda cari ilin məhsulu üçün 620 hektar sahədə çəltik əkilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, çəltikçilik Ağdaşda ənənəvi təsərrüfat sahəsidir. Yerli düyüyə olan tələbat əkinçiləri sahələri ildən-ilə artırmağa həvəsləndirir. Çəltikçilik rayonun əsasən Hapıtlı, Orta Ləki, Yuxarı Nemətabad, Pirkəkə, Qaradağlı və Kotavan ərazi nümayəndəliklərində geniş yayılıb. Cari mövsümdə hüquqi şəxslərdən “Biyan Products” MMC və “Türyançay FT” MMC, fiziki şəxslərdən isə Knyaz İsmayılov, Əli Musayev, Amil Musayev, Xalid Məmmədov, Asif Hüseynov və başqaları olmaqla, 114 istehsalçı tərəfindən çəltik əkilib. Hazırda bütün ərazilərdə əkin sahələrinin aqrotexniki tələblər səviyyəsində becərilməsi üçün ciddi səy göstərilir.

Çəltik əkini üçün istər torpaqların müəyyən edilməsi, istərsə də əkin və becərmə işlərində Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri yaxından iştirak edir, öz məsləhətlərini verirlər.

Qeyd edək ki, rayonda daha 30 hektar sahədə təkrar çəltik əkini üçün hazırlıq işləri də aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.