REGİONLAR


Ağdaşda biyan emalı zavodu tikilir

Ağdaş, 21 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Sənaye əhəmiyyətinə görə əvəzsiz bitki olan və Ağdaş rayonu ərazisində indiyədək kustar üsulla istismar olunan biyanın daha geniş sahədə yetişdirilməsi və emalının təşkil edilməsi üçün tədbirlər görülür. Bu məqsədlə Ağdaş rayonunda inşa edilən biyan emalı zavodunda son tamamlama işləri görülür.

AZƏRTAC xəbər verir ki, ümumilikdə 10,6 hektar ərazidə inşa edilən biyan tədarükü və emalı zavodunun binasında inşaat işləri başa çatdırılıb və hazırda istehsal sahəsində avadanlıqların qurulması prosesi davam etdirilir. Müəssisə üçün məhsul saxlama anbarının, qazanxana və elektrik yarımstansiyasının tikintisi yekunlaşıb, ofis binası və yeməkxana tikintisində son tamamlama işləri görülür. İlin əvvəlindən bəri zavod tərəfindən 220 hektar sahədə biyan əkilib. Ümumilikdə 1000 hektar istifadə olunmayan boş torpaq sahəsinin biyan əkini dövriyyəsinə cəlb edilməsi üçün işlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.