REGİONLAR
Ağdaşda heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə artıb
Ağdaş, 18 iyul, AZƏRTAC
Ağdaş rayonunda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindəndir və cari ilin birinci yarısında bütün göstəricilər üzrə məhsul istehsalında artım olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonda bu ilin ilk altı ayında diri çəkidə 5482,5 ton ət istehsal edilib və bu da ötən ilin müvafiq dövri ilə müqayisədə 1,1 ton artım deməkdir. Süd istehsalı da 2 min 182,9 ton çoxalaraq 23 min 874,2 tona çatıb. Yarım ildə, habelə 13 milyon 784 min ədəd yumurta, 165,3 ton yun istehsal olunub və artım müvafiq olaraq 18 min ədəd və 300 kiloqram təşkil edib.
Qeyd edək ki, heyvandarlıq məhsulları istehsalında Kürqırağı ərazilərdə, o cümlədən Kotavan, Pirəzə, Ərəbocaq, Ağzıbir və bir sıra digər ərazi dairələrində fəaliyyət göstərən fermerlər və fiziki şəxslər daha yüksək nəticələr əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]