REGİONLAR


Ağdaşda keçirilən tədbirdə dini radikalizmə qarşı mübarizənin yolları barədə müzakirələr aparılıb

Ağdaş, 19 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn səmimi təşəbbüsüdür.

AZƏRTAC xəbər verir ki, bu fikir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağdaş rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə" mövzusunda tədbirdə səsləndirilib. Yığıncaqda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər, din xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aynur Novruzova dövlətimizin dinə dəstəyini xüsusi vurğulayaraq gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ilə bağlı keçirilən bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb.

DQİDK-nın dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxış edərək dini radikalizm, ekstremizm və onun fəsadlarından, radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktiki tədbirlərin görülməsinin vacibliyindən, ölkəmizdə mövcud qeyri-ənənəvi dini cərəyanların fəaliyyətindən, onlara qarşı mübarizənin başlıca üsullarından danışıb. O, dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərin təbliği məqsədilə hərtərəfli maarifçilik işini özündə birləşdirən kompleks tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.