REGİONLAR


Ağdaşda narkotik və oğurluq cinayətlərinə görə 5 nəfər tutulub VİDEO

Ağdaş, 12 oktyabr, AZƏRTAC

Evdən oğurluq edən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, ümumilikdə, 5 nəfər Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində tutularaq istintaqa cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Şıxlı kəndində yerləşən evlərin birindən ümumi dəyəri 3000 manata yaxın olan qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polis şöbəsinə müraciət daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də oğurluq etdiyi üçün elektron qolbaqla təchiz olunan Səddam Mahmudov saxlanılıb, onunla əlbir olan digərinin isə şəxsiyyəti müəyyən edilib. Oğurladığı qızıllar S.Mahmudovdan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Polis əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatlar zamanı isə daha 4 nəfər - Namiq Əzizov, Qəzənfər Əhmədov, Tural Muradov və Rahim Musayev saxlanılıb. Onlardan metamfetamin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.