SİYASƏT
“Agerpres” agentliyi IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə yazır
Buxarest, 6 may, AZƏRTAC
Rumıniyanın “Agerpres” milli xəbər agentliyi AZƏRTAC-a istinadən Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məqalə yayıb.
Məqalədə Forumun işi, iştirakçıların sayı, tədbirin məqsədi barədə ətraflı məlumat verilir.
“Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda Forumun UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə keçirildiyi oxucuların diqqətinə çatdırılır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest