CƏMİYYƏT


Ağırlaşmış varikozdan əziyyət çəkən qadın uğurlu əməliyyat edilib

Bakı, 16 mart, AZƏRTAC 

Ağırlaşmış varikozdan əziyyət çəkən 49 yaşlı qadın Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat edilib.

AZƏRTAC xəbər verir ki, klinikanın damar cərrahı, professor Məhəmməd Kərimov qadının ayaq şişməsi, gecələr qıcolma, ayaqda ağrılar səbəbindən klinikaya müraciət etdiyini deyib: “Qadınlarda varikoz xəstəliyi - ayaqların şişməsi, damarların üzə çıxması tez-tez rast gəlinən hallardır. Bu xəstəlik xüsusilə gecələr qadınlara ciddi problem yaradır. Halbuki, əməliyyat yolu ilə rahat həyata geri dönmək olar. Bunun üçün sadəcə düzgün diaqnoz qoymaq lazımdır.

Həmin xəstədə aşağı ətrafın varikoz xəstəliyinin ağırlaşmış forması, yəni trafiki dəyişikliklərlə səciyyələnən bir formadır. Pasiyent uzun illərdir bu xəstəlikdən əziyyət çəkirdi. İstər Bakıda, istərsə də yaşadığı bölgədə dəfələrlə varikozla bağlı konservativ müalicə olunub. Təəssüf ki, müalicə istənilən nəticəni verməyib. Buna səbəb isə xəstənin tam dəqiqliklə müayinə olunmadan müalicə edilməsidir”.

M.Kərimovun sözlərinə görə, müasir dövrdə müalicə taktikasının seçimində əsas rolu düzgün müayinənin aparılması oynayır: “Damar müalicəsində isə düzgün müayinə - dopler müayinəsinə əsaslanmış ultrasəs (USM) müayinəsidir. Klinikamızda məhz damar dopleri sahəsində formalaşmış həkimlərimiz var. Dopler müayinəsi sayəsində biz xəstəyə dəqiq diaqnoz qoya bilirik. Beləliklə, xəstə klinikada ətraflı müayinə olunduqdan sonra xəstəliyin səbəbi aşkarlanıb. Artıq 49 yaşlı qadın uğurla əməliyyat edilib və problemlərindən xilas olub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.