CƏMİYYƏT


Ağız boşluğundakı yaralar müalicə edilməzsə, bədxassəli şişlər yarana bilər

Bakı, 4 aprel, AZƏRTAC 

Ağız boşluğundakı yara və səpkilərin müxtəlif səbəbləri var. Bakteriyalar, mikroorqanizmlər, viruslar, göbələklər, travmalar, yad təsirlər ağız boşluğunda yaraların əmələ gəlməsinə səbəb olur. Körpələrin ağızlarında “süd yaraları”na da rast gəlinir. Ağız boşluğunda ən çox yayılan yaralar “herpes” virusudur və əksər vaxt dodaqları əhatə edir. Bəzən o, ağız boşluğunun selikli qişasında da yaranır. Bu viruslara immun sistemi zəifləyən və ağız boşluğunun gigiyenasını qorumayan şəxslərdə rast gəlinir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov məlumat verib.

“Ağzın selikli qişasında qovuqcuq əmələ gəlir, sonra o partlayır. Həmin yaralar infeksiyalaşanda ağrı verir. Ağrıların qarşısını almaq üçün yağlı və antiseptik məhlullardan istifadə etmək olar. Ağız boşluğu həzm sisteminin aynasıdır. Ona görə də ağız boşluğunda yara olan kimsənin mədə-bağırsaq sistemi yoxlanılmalıdır. Çox zaman qəbizlikdən, şəkərli diabetdən əziyyət çəkənlərdə, mədə-bağırsaq sistemində problem olanlarda, düzgün həyat tərzi keçirməyənlərdə də ağız yaralarına rast gəlinir. Əgər göbələk infeksiyası səbəbindən ağız boşluğunda yara əmələ gəlibsə, deməli orqanizmdə göbələk inkişaf edir. Orqanizmdə turş mühit olduqda göbələklər üçün əlverişli şərait yaranır. İnsan orqanizmində göbələk infeksiyasının uzun müddət mövcudluğu onkoloji xəstəliklərin əmələ gəlməsinə rəvac verir. İnfeksiya uzun müddət davam edərsə, immun sisteminin tormozlanmasına gətirib çıxara bilir. Bunun üçün qidalanmaya mütləq şəkildə diqqət yetirilməlidir. Mümkün qədər şirin qidalar, qazlı içkilərdən, o cümlədən stressdən uzaq olmalı, meyvə-tərəvəz qəbul edilməlidir. Onu da qeyd edim ki, əgər həmin yaraların mənbəyi və əmələgəlmə səbəbi aşkarlanıb müalicə edilməzsə, ağız boşluğunda bədxassəli şişlər yarana bilər”, - deyə mütəxəssis bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.