REGİONLAR


Ağsuda 20 Yanvar faciəsini ildönümünə həsr olunan şahmat yarışları keçirilib

Ağsu, 18 yanvar, AZƏRTAC

Ağsuda rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Qanlı Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uşaq-gənclər idman–şahmat məktəbində təşkil olunan yarışlarda öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Əlisa İsayev çıxış edərək öz azadlığı, müstəqilliyi uğrunda dinc nümayişə çıxan əliyalın insanlara qarşı törədilən qırğından danışıb.

Qeyd edək ki, 57 məktəblinin iştirak etdiyi yarışlar 3 yaş qrupunda dairəvi sistem üzrə keçirilib və iki gün davam edib. Hər yaş qrupu üzrə I, II və III yerləri tutan şahmatçılara rayon gənclər və idman idarəsinin diplomları verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.