REGİONLAR
Ağsuda “Heydər Əliyev - müasir Azərbaycan dövlətinin əbədiyaşar lideri” mövzusunda konfrans keçirilib
Ağsu, 10 may, AZƏRTAC
Ağsuda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan “Heydər Əliyev - müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Konfransı rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov açıb, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İcra başçısı dahi şəxsiyyət Heydər Əliyevin mənalı, şərəfli həyat yolundan, Vətəni, xalqı qarşısında zəngin, məqsədyönlü fəaliyyətindən danışıb, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci və ikinci dövrlərində son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitdə fəaliyyət göstərən dahi şəxsiyyət olduğunu diqqətə çatdırıb.
Konfransda rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Əli Həsənovun “Heydər Əliyev - müstəqil Azərbaycan dövlətinin qurucusu”, Veteranlar birliyinin sədri Cəmaləddin Zeynalovun “Heydər Əliyevin ağsaqqallara böyük diqqət və qayğısı”, rayon Gənclər və İdman İdarəsinin rəisi Azər Kərimlinin “Heydər Əliyev - müasir Azərbaycan gənclər siyasətinin banisi”, Muradlı bələdiyyəsinin sədri Sehrayə Hümbətova “Ulu öndər Heydər Əliyev zəhmətkeş əməyini hər şeydən üstün tuturdu” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə böyük öndər Heydər Əliyevin Azərbaycan xalqına, dövlətinə göstərdiyi misilsiz xidmətlərin ayrı-ayrı sahələri geniş təhlil olunub.