REGİONLAR
Ağsuda “Mədəniyyətimizin beşiyi – Şuşa” adlı intellektual yarış keçirilib
Ağsu, 18 aprel, AZƏRTAC
Ağsuda Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu nümayəndəliyinin birgə təşkilatçılığı, rayon təhsil şöbəsinin dəstəyi ilə məktəb komandaları arasında “Şuşa İli”nə həsr olunan “Mədəniyyətimizin beşiyi – Şuşa” adlı intellektual yarış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağsu Şahmat Məktəbində təşkil olunan intellektual yarışda 11 məktəbin komandası iştirak edib. Suallar əsasən Azərbaycan tarixi və mədəniyyətini, ümumi dünyagörüşünü əhatə edib. 24 sualın səsləndiyi yarışda Bico kənd məktəbinin “Dəmir yumruq” komandası I, Muradlı kənd məktəbinin “Muradlı” komandası II, Ağsu şəhər 3 nömrəli məktəbin “Blade of victory” komandası isə III yeri tutub.
Qalib komandaların üzvlərinə Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu nümayəndəliyinin diplomları verilib.