REGİONLAR
Ağsuda könüllü gənclər arasında basketbol üzrə rayon turniri keçirilib
Ağsu, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Ağsuda “Könüllülər kuboku” proqramına daxil olan basketbol üzrə rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 16-29 yaşlı gənclər arasında keçirilən turnirdə 4 komandadan, ümumilikdə, 16 könüllü iştirak edib. Yarışlar COVID-19 pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl edilməklə Ağsu Tədris Mərkəzində təşkil olunub.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda I yeri Ağsu şəhər A.Nadirov adına 1 nömrəli məktəb–liseyin, II və III yerləri isə müvafiq olaraq P.F.Mirzəyev adına şəhər 5 saylı tam orta məktəbin və S.Umbayev adına şəhər 2 saylı tam orta məktəbin könüllülərdən ibarət komandaları tutublar.
Qaliblərə rayon gənclər və idman idarəsinin diplomları verilib.