MƏDƏNİYYƏT
Ağsuda möhtəşəm bayram konserti və atəşfəşanlıq olmuşdur VİDEO
Ağsu, 16 iyun (AZƏRTAC, Adil Ağayev). Ağsuda 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Xalq Artisti, Dövlət Mükafatı laureatı Alim Qasımovun və Əməkdar Artist Fərqanə Qasımovanın ifalarında möhtəşəm bayram konserti təqdim edilmiş, atəşfəşanlıq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Ağsu Mədəniyyət Sarayında keçirilən bayram konserti gecədən xeyli keçənədək davam etmişdir.
Konsertdə tanınmış muğam ustalarının ifasında xalq mahnıları və muğamlarımız özünəməxsus ustalıqla ifa olunmuşdur. Xanəndələrin ifaları dinləyicilər tərəfindən dəfələrlə sürəkli alqışlarla qarşılanmışdır
Bayram konsertindən sonra atəşfəşanlıq olmuşdur.