REGİONLAR


Ağsuda pambıq sahələrinin 1000 hektarı maşınlarla yığılacaq VİDEO

Ağsu, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Ağsu rayonunda pambıqyığan maşınlarla məhsul yığımına start verilib.

AZƏRTAC rayon kənd təsərrüfatı idarəsinə istinadla xəbər verir ki, cari mövsümdə rayonda 2500 hektar pambıq yetişdirilib. Onun 1000 hektarında məhsul maşınlarla yığılacaq. Məhsul yığımına 4 pambıqyığan texnika cəlb olunub. Bunlardan 2-si “Ucar MKT”yə, 2-si isə “Ağsu kənd təsərrüfatı” MMC-yə məxsus sahələrdə işləyəcək.

Maşınla pambıq yığımı Ərəbmehdibəy icra nümayəndəliyinin ərazisində, fermer Hacağa Hüseynova məxsus sahədən başlanıb. Fermer 300 hektarda pambıq yetişdirib ki, bunun da hamısı maşınlarla yığılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.