REGİONLAR
Ağsuda şəkər çuğunduru istehsalı artıb
Ağsu, 7 dekabr, AZƏRTAC
Ağsu rayonunda cari mövsümdə 4328,3 ton şəkər çuğunduru istehsal olunub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2021-ci ilin məhsulu üçün Ağsuda 174 hektarda şəkər çuğunduru əkilmişdi.
Qeyd edək ki, bu gün şəkər çuğunduru istehsalı respublikamızda aqrar sektorun vacib sahələrindəndir. Bu məhsul nəinki emal müəssisəsi, həm də qiymətli yem olan silos və melos mənbəyidir. Təsadüfi deyildir ki, rayonda bu sahəyə maraq artır. Təkcə cari mövsümdə əkin sahələri 114 hektar artıb. İstehsal da müvafiq olaraq ötən ildəkindən 3925,5 ton çox olub. Rayonda şəkər çuğunduru əsasən “Sünbül” MMC və “Aran Aqro” MMC-nin Ağsu filialı tərəfindən yetişdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]