REGİONLAR
Ağsuda yanğın baş verib
Ağsu, 23 avqust, AZƏRTAC
Avqustun 23-də saat 13 radələrində Ağsu rayonunun dağlıq zonasındakı Kalva kəndi ərazisində yanğın hadisəsi baş verib.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a verilən məlumata görə, yanğın kol-kos sahələrindən başlayıb. Hadisə yerinə Ağsu, Şamaxı və Qobustan rayonlarından Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin işçiləri cəlb olunub. Küləkli hava şəraiti yanğının söndürülməsində xeyli çətinliklər yaradıb. Ciddi səylərə baxmayaraq saat 17:45-dək yanğın təqribən 35 hektardan çox sahəni əhatə edib. Alov artıq Kalva kəndi istiqamətinə yayılır.
Hazırda yanğınla mübarizə davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:43]
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə
- 26.04.2024 [12:33]