Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə həsr olunan onlayn görüş keçirilib
AzerTAg.az
Bakı, 1 dekabr, AZƏRTAC
Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə həsr olunan onlayn görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar onlayn platformada keçirilən görüşdə Mərkəzin “Məktəb teatrı” dərnəyinin üzvləri və pedaqoji heyəti ilə yanaşı, Əhmədiyyə Cəbrayılovun ailə üzvləri də iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd Əhmədiyyə Cəbrayılovun döyüş yolu haqqında dərnək üzvlərini məlumatlandırmaq, eyni zamanda, əfsanəvi partizanın keçdiyi həyat hekayələrini onun ailə üzvlərinin dilindən eşitmək, uşaq və gəncləri vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub.


Xəbərin mətnində orfoqrafik səhv var