Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Yaqub Mahmudov Qarabağ tarixi ilə bağlı real faktları açıqlayıb

Akademik Yaqub Mahmudov Qarabağ tarixi ilə bağlı real faktları açıqlayıb

Bakı, 7 avqust, AZƏRTAC 

Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son illərdə AMEA-nın Tarix İnstitutunda “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması” kimi fundamental tədqiqatlar, soyqırımları tarixinə həsr olunan əsərlər, broşürlər, sənədli filmlər işıq üzü görüb və müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb. Sübut edilib ki, ermənilər Cənubi Qafqazın aborigen etnosu deyil və Azərbaycana çar Rusiyası tərəfindən XIX əsrdə köçürülüb gətiriliblər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

O vurğulayıb ki, Qarabağ dünyanın ən qədim tarixə malik olan diyarlarındandır və bu ərazidəki Azıx mağarasında aparılan tədqiqatlar sübut edib ki, bu diyar dünyanın ən qədim insan məskənlərindən biridir. Qarabağ Azərbaycanın ən qədim yurd yerlərindən biridir: “Bu diyarın adı da Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlib. “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ”, “səfalı bağ” və s. mənaları ehtiva edir. Tarixi vilayət, coğrafi məkan olaraq, tarixdə həmişə bütöv halda, yəni Qarabağın bütün ərazisini - dağlarını, düzənlərini əhatə edən ümumi bir “Qarabağ” anlayışı olub, “Dağlıq Qarabağ” anlayışı isə olmayıb. Başqa sözlə, “Dağlıq Qarabağ” anlayışı separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə sonradan verilmiş addır. Zaqafqaziya Ölkə Komitəsinin nümayəndəsi olmuş Suren Şaduns 1922-ci ildə yazırdı ki, “Dağlıq Qarabağ” termini daşnaklar tərəfindən yaradılıb. Bununla, XX əsrin əvvəllərində qondarma Dağlıq Qarabağ probleminin əsası qoyuldu”.

Azərbaycan Albaniya dövlətinin mövcud olduğu dövrdə Qarabağın dağlıq hissəsi burada yaşayan sak türklərinin adı ilə Ərsak adlanmağa başladı. Göründüyü kimi, Ərsak toponimi qədim türk tayfalarından biri olan saklarla bağlıdır. Ərsak “ər” və “sak” sözlərindən əmələ gəlməklə, qədim türk dillərində “ər sak” – “igid sak” və ya “sak əri”, “sak igidi”, “kişi sak” və ya “sak kişisi” mənasındadır. Erməni saxtakarları “Ərsak” terminini təhrif edərək və özününküləşdirərək “Arsax” kimi təqdim edirlər.

Akademik Yaqub Mahmudov qeyd edib ki, XIX əsrin əvvəllərində Şimali Azərbaycanın digər bölgələri ilə yanaşı, Qarabağa ermənilərin kütləvi surətdə köçürülməsi qriqorianlığı qəbul etmiş yerli alban əhalisinin erməniləşdirilməsini başa çatdırdı: “Gəlmə Qarabağ erməniləri 1978-ci ildə özlərinin Qacarlar İranından bura, yəni Qarabağa köçürülməsinin 150 illiyini bayram etmiş, bu münasibətlə Ağdərə rayonunun Marquşevan kəndində (indiki Şıxarx qəsəbəsi) bir xatirə abidəsi inşa etmişlər. 1988-ci ildə isə erməni separatçı-terrorçu dəstələri “tarixi həqiqətin izini itirmək” məqsədilə ermənilərin Qarabağa gəlmə etnos olduğunu təsdiq edən bu abidəni dağıtmışlar”.

XVII-XVIII əsrlərdə Qarabağın dağlıq hissəsində beş alban xristian məlikliyi - Xaçın, Çiləbörd, Gülüstan, Vərəndə və Dizaq məliklikləri formalaşdı. Xaçın istisna olmaqla, Qarabağdakı digər dörd məliklik və onların mənsub olduqları nəsillər əslən Qarabağın özündən deyildilər və bu diyara Azərbaycanın başqa yerlərindən – Göyçə mahalından, Zəngəzurdan, Şirvandan, habelə Lori vilayətindən gəlmə idilər. Özü də bu məliklər erməni deyil, keçmiş alban-türk nəsillərinin nümayəndələri idilər. Qarabağın dağlıq hissəsinin xristian əhalisi I Pyotra məktubunda özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Onlar II Yekaterinaya məktubunda isə özlərinin alban olmaqla yanaşı, həm də Arşaki nəslinə mənsub olduqlarını bildirmişlər. Yeri gəlmişkən, bu məktublar erməni alimləri tərəfindən saxtalaşdırılaraq, “alban türkləri” - “müsəlman albanlar”, “Arşaki nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib. Buna görə də erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarına “haqq” qazandırmaq üçün həmin məliklikləri “erməni dövlətçiliyinin” davamı kimi təqdim etmələri kökündən yanlışdır, daha doğrusu, açıq-aşkar saxtakarlıqdır.

XVIII əsrdə Qarabağ xanlığının paytaxtı olan Pənahabad-Şuşa tipik Azərbaycan şəhəri kimi formalaşmış və 1992-ci ildə erməni vandalları tərəfındən işğal olunana qədərki bütün dövrlərdə öz tarixi simasını olduğu kimi qoruyub saxlamışdır. Pənahabad-Şuşa şəhərinin üç qapısı vardı. Üçü də qədim Azərbaycan ellərinə açılırdı: Gəncə qapısı, İrəvan qapısı, Ağoğlan qapısı. Şəhərdəki bütün məhəllələrin adları da Azərbaycan xalqına məxsus idi: Çuxur məhəllə, Qurdlar məhəlləsi, Culfalar məhəlləsi, Seyidli məhəlləsi, Quyular məhəlləsi və s.

“Erməni təcavüzkarları Azərbaycan torpaqlarında - İrəvan xanlığının ərazisində, Zəngəzurda və başqa yerlərdə olduğu kimi işğal etdikləri Qarabağdakı qədim Azərbaycan abidələrini də məhv edir, adlarını erməniləşdirirlər. Müasir vandallar unudurlar ki, Dağlıq Qarabağ düyünü sülh yolu ilə açılmazsa, Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün güllələnmiş heykəllərini Şuşaya – Qarabağa təcavüzkarlar üzərində zəfər çalmış Azərbaycan xalqının özü qaytarıb aparacaqdır. O gün gələcək! O gün uzaqda deyil!”, - deyə akademik Yaqub Mahmudov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib