MƏDƏNİYYƏT
Akif Marifli: Oktyabrın 6-da açılacaq sərginin formatı da öncəkilərdən fərqlidir VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
Artıq bu il Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası yeddinci dəfə təşkil olunacaq. Bu tip sərgilər indiyədək hər iki ildən bir keçirilirdi, Lakin bu ildən başlayaraq hər il ənənəvi olaraq təşkil olunacaq. Oktyabrın 6-da açılacaq sərginin formatı da öncəkilərdən fərqlidir. Belə ki, sərgi həm beynəlxalq status daşıyır, həm də dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına həsr edilmiş mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli deyib.
Qeyd edilib ki, sərgidə 12 ölkədən 43 xarici şirkət, Azərbaycandan isə 100-dən çox yerli nəşriyyat evləri, mətbəələr, kitab mağazaları, mədəniyyət mərkəzləri və poliqrafiya şirkətləri iştirak edəcək.