RƏSMİ XRONİKA
Aktau Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilib VİDEO
Aktau, 12 avqust, AZƏRTAC
Avqustun 12-də Aktauda Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin adından Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.
x x x
Bununla da Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb.