REGİONLAR


Əlahiddə Ümumqoşun Orduda silahlara nəzarət inspeksiyası təşkil olunub

Naxçıvan, 11 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrdə silahlara nəzarət inspeksiyası keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rəhbərlik etdiyi, Almaniya və Polşadan nümayəndələrin də qatıldığı 8 nəfərdən ibarət beynəlxalq inspeksiya qrupu tərəfindən Əlahiddə Ümumqoşun Orduda “Elan olunmuş yer”in inspeksiyası və qiymətləndirilməsi aparılıb.

“Avropada adi silahlı qüvvələr haqqında müqavilə” çərçivəsində hərbi hissələrdə müxtəlif növ və təyinatlı silah və texnikaların sayı yoxlanılıb, şəxsi heyətin məişət şəraiti, sağlamlığı və qidalanması ilə tanış olmaq üçün əsgəri-məişət komplekslərinə baxış olub.

Səfər zamanı qonaqlar açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində və muxtar respublikanın tarixi yerlərində də olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.