SİYASƏT


Əlcəzair qəzeti yəmənli professorun Azərbaycan haqqında məqaləsini yayıb

Qahirə, 21 fevral, AZƏRTAC

Əlcəzairin “Əl Hərir” qəzetində yəmənli professor Rovayda Əbdel Kafinin “Azərbaycan dünyada sülh və rifahın nümunəsidir” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə yəmənli və ərəb oxucular Azərbaycanın tarixi, zəngin mədəni irsi, müasir həyatı barədə məlumatlandırılır. Qeyd olunur ki, Qafqazın ən mühüm ölkəsi olan Azərbaycan müstəqillik illərində böyük uğurlar qazanıb.

Müəllif yazır ki, Azərbaycan müsəlman Şərqində qadınların ən geniş hüquqlara malik olduğu ölkədir. Qafqazın incisi olan Azərbaycan qadın hüquqları sahəsində ABŞ, Böyük Britaniya kimi ölkələri də geridə qoyub. Hazırda zərif cinsin nümayəndələri siyasi, iqtisadi və sosial sahələrdə layiqincə təmsil olunurlar.

Məqalədə Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması, işğal altında olan Qarabağın ötən il uğurla başa çatan müharibədən sonra azad edilməsi barədə məlumat verilir. Vurğulanır ki, Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoymaqla öz ərazi bütövlüyünü təmin edib və bununla da BMT-nin müvafiq qətnamələrini yerinə yetirib. Müəllif, həmçinin ermənilərin işğal olunmuş ərazilərdə dinc əhaliyə qarşı törətdikləri vəhşilikdən də bəhs edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.