İQTİSADİYYAT


Əlcəzair qəzetində Ələt Azad İqtisadi Zonası haqqında məqalə dərc olunub

Qahirə, 8 dekabr, AZƏRTAC

Əlcəzairin “Əl-Vasat” qəzetində Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun “Ələt Azad İqtisadi Zonasının strateji hədəfi” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə cari ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyevin təməlini qoyduğu Ələt Azad İqtisadi Zonasının başlıca hədəfinin xarici sərmayələrin cəlbi və qeyri-neft sektorunun daha da inkişafı olduğu diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, beynəlxalq ekspertlər bu layihənin cəlbedici olduğu barədə rəylər veriblər. İlk növbədə, Azərbaycan iqtisadiyyatının rəqabətə davamlı olması, yeni iş yerlərinin açılması nəzərdə tutulur.

Yazıda 2005-ci ildən etibarən Azərbaycan iqtisadiyyatının sürətli artım tempi konkret rəqəmlərlə əsaslandırılıb. Diqqətə çatdırılıb ki, ölkəmiz “Doing Business 2020” hesabatında biznes sahəsində islahatlar aparan ən yaxşı ölkə kimi qiymətləndirilib. Bu yaxınlarda Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əməkdaşlığa dair sənəd də imzalanıb.

Müəllif vurğulayıb ki, Ələt Azad İqtisadi Zonası, eyni zamanda, Avropa və Asiya arasında nəqliyyat dəhlizlərinin əhəmiyyətini artıracaq. Prezident İlham Əliyev bu zonanın fəaliyyətini tənzimləyəcək qanunverici bazanı təmin edən müvafiq Qanunu da imzalayıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.