İDMAN


Aleksander Elbon “Toro Rosso” komandasında çıxış edəcək

Bakı, 27 noyabr, AZƏRTAC

“Torro Roso” komandasında növbəti mövsümdə Daniil Kvyatın komanda yoldaşının adı elan edilib. Bu, 22 yaşlı Aleksander Elbondur.

AZƏRTAC xəbər verir ki, 2018-ci ildə Formula 2-də çıxış edən Aleksander Elbon mövsümün yekunlarına görə, şəxsi birincilikdə 3-cü yeri tutub. Bu gün isə məlum olub ki, onun “Nissan” komandası ilə kontraktına xitam verilib.

Aleksander 1996-cı ildə Londonda anadan olub, lakin Tailandın lisenziyası ilə və bu dövlətin bayrağı altında çıxış edəcək. Elbon Formula 1 yarışlarında 1950-ci illərin əvvəlində çıxış etmiş şahzadə Biradan sonra bu ölkənin ikinci nümayəndəsi olacaq.

Komandanın rəhbəri Frans Tost deyib: “2018-ci ildə Aleksanderin Formula 2-də çıxışları çox yaddaqalan olub. O, 4 yürüşdə qalib gələrək, şəxsi hesabda 3-cü yeri tutub. Yürüşlərdə öz rəqiblərini geridə qoyması onun Formula 1 yarışlarında çıxışlara hazır olduğunu göstərir.

“Toro Rosso” 2019-cu ili səbirsizliklə gözləyir, çünki Daniil və Aleksin şəxsində iki gənc, çox güclü və rəqabətqabiliyyətli yürüşçümüz var”.

Aleksander Elbon deyib: “Gələn il Formula 1 yarışlarında çıxış edəcəyimi eşidəndə heyrətləndim. Birnəfərlik maşınların sükanı arxasında karyeramda bir neçə dəfə tərəqqi və tənəzzül mərhələləri olub. 2012-ci ildə məni “Red Bull” gənclər proqramından qovdular. Onda başa düşdüm ki, Formula 1 yarışlarına gedən yol mənim üçün daha mürəkkəb ola bilər. O vaxtdan yorulmadan öz üzərimdə işləyirəm və hər dəfə sükan arxasına keçəndə tamaşaçılara xoş təsir bağışlamağa çalışıram.

Mənə etimad göstərərək ikinci dəfə şans verdiklərinə görə, “Red Bull” komandasına və doktor Markoya təşəkkür edirəm. Mən yürüşləri həmişə sevmişəm, ilk dəfə sükan arxasına keçdiyim vaxtdan Formula 1 yarışlarında çıxış etmək arzusunda olmuşam. İnana bilmirəm ki, indi bu arzum çin olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.