MƏDƏNİYYƏT
Alen Bezye: Kann şəhərinin sakinləri mədəniyyət günləri sayəsində Azərbaycanı yaxından tanıyırlar VİDEO
Kann, 15 iyul, AZƏRTAC
Azərbaycan mədəniyyət günləri çərçivəsində Kann şəhərində təşkil olunan sərgi çox maraqlıdır. Azərbaycanlı rəssamlar Lətif Feyzullayevin və Vəcihə Səmədovanın əsərləri ilə tanış oldum. Burada nümayiş olunan əsərlərdə XIX əsr fransız rəssamlarının, xüsusilə də Ejen Delakruanın və Klod Monenin yaradıcılığının elementlərini gördüm.
Bu fikri AZƏRTAC-a müsahibəsində Fransa Bank Qrupu Şurasının keçmiş direktoru Alen Bezye Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində başlayan Azərbaycan mədəniyyəti günləri çərçivəsində görkəmli rəssamlar Lətif Feyzullayevin və Vəcihə Səmədovanın əsərlərindən ibarət “Məhəbbət tandemi” sərgisi barədə təəssüratlarını bölüşərkən deyib.
A.Bezye bildirib: “Sərgidə nümayiş olunan əsərlər çox gözəldir. Azərbaycan mədəniyyəti günləri çərçivəsində təşkil olunan tədbirlər sayəsində Kann şəhərinin sakinləri ölkənizi, onun mədəniyyətini yaxından tanıyırlar. Belə tədbirlər vasitəsilə təkcə kannlılar deyil, şəhərimizə gələn turistlər də Azərbaycan mədəniyyəti ilə tanış olurlar. Mən də Azərbaycan mədəniyyəti ilə yaxından maraqlanıram”.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Kann