MƏDƏNİYYƏT
Ələsgər Ələkbərovun anadan olmasının 110 illiyi münasibətilə virtual sərgi hazırlanıb
Bakı, 23 iyul, AZƏRTAC
Görkəmli teatr və kino xadimi Ələsgər Ələkbərovun anadan olmasının 110 illiyi münasibətilə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədləri əsasında hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilib.
AZƏRTAC xəbər verir ki, bu il Azərbaycanın görkəmli teatr və kino xadimi Ələsgər Ələkbərovun anadan olmasının 110 illiyi qeyd olunmaqdadır.
Böyük aktyorluq istedadını əlli üç illik ömrünə sığdıraraq, bir-birindən maraqlı və yaddaqalan obrazlar yaratmış Ələsgər Ələkbərov öz möhtəşəm səs tembri, səhnə duruşu və sənətkar baxışı ilə milli teatr və kino sənətinə yeni nəfəs gətirən nadir incəsənət ustadlarından biri olub.
O, öz sənət dahiliyini canlandırdığı Vaqif, Otello, Fətəli xan, Rüstəm kişi kimi xarakterlərlə bir daha sübut edib. Heç şübhə yoxdur ki, görkəmli səhnə ustasının parlaq yaradıcılığı sənətsevərlərin yaddaşında daim yaşayacaqdır.
Sözügedən sərgi ilə bu linkdən tanış ola bilərsiniz http://milliarxiv.gov.az/az/vi-rtual-sened-sergi-leri-elesger-elekberov-100.