İQTİSADİYYAT


Əli Əsədov: Azərbaycanda ərzaq qıtlığı ilə bağlı hər hansı problem gözlənilmir

Əli Əsədov: Azərbaycanda ərzaq qıtlığı ilə bağlı hər hansı problem gözlənilmir

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycanda ərzaq qıtlığı ilə bağlı hər hansı problem yoxdur və gözlənilmir. Çünki dövlətimiz bu istiqamətdə preventiv tədbirlər görür.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Milli Məclisin dekabrın 9-da keçirilən plenar iclasında deyib.

Dövlət büdcəsində tənzimləmənin və balansın qorunmasının vacibliyini vurğulayan Baş nazir bildirib ki, dünyada baş verən proseslər, enerji qiymətlərinin artması və digər məsələlər öz mənfi təsirini göstərir. Bu təsirlərə qarşı gəlmək üçün yeni makrofiskal çərçivə müəyyən olunub.

Əli Əsədov diqqətə çatdırıb ki, gələn ilin dövlət büdcəsində şəhid ailələrinin, qazilərin, ümumiyyətlə, həssas qrupdan olan insanlara sosial dəstək tədbirlərinin göstərilməsi nəzərdə tutulur.

Vurğulanıb ki, insanlarının rifah halının yaxşılaşdırılması dövlətimizin diqqətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.