ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu başlanmışdır

Bakı, 11 fevral (AZƏRTAC). Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan etmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, magistratura səviyyəsinə ərizə qəbulu başlanmışdır.

Bakalavr TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemag) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı “Bakalavrın elektron ərizəsi” formasını doldurur. Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olar (ətraflı məlumat tqdk.gov.az/erizemag səhifəsindəki aktual keçidlərdə verilmişdir).

Bundan sonra bakalavr tələb olunan sənədləri müvafiq sənəd qəbulu komissiyasına (SQK) təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirir. Milli Sertifikat Xidmətləri Mərkəzinin qeydiyyat mərkəzlərinin birindən “Elektron imza” sertifikatını əldə etmiş bakalavrlar həmin sertifikatdan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını sənəd qəbulu komissiyasına müraciət etmədən özləri təsdiq edə bilərlər.

Bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını fevralın 11-dən 21-dək doldurmalı və ərizələrini fevralın 12-dən 22-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9.00-dan 17.00-dək təsdiq etdirməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.