DÜNYA


Alimlər tərkibində almaz olan meteoriti yoxa çıxmış planetin qalığı hesab edirlər

Bakı, 27 aprel, AZƏRTAC

Alimlər 2008-ci ildə Yerin atmosferində parlayan və tərkibində almaz olan meteoritin Günəş sisteminin ilk vaxtlarında başqa göy cismi ilə toqquşma nəticəsində yoxa çıxmış bir planetə aid olduğunu müəyyən ediblər.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, meteoritin qopduğu naməlum planet milyardlarla il əvvəl Merkuri və ya Mars böyüklüyündə olub. “Nature Communications” jurnalında dərc edilmiş tədqiqatın nəticələrinə görə, bu ölçüdə almazı formalaşdıracaq təzyiq ancaq nəhəng ölçülü planetdə ola bilər. Onlar Sudanın şimalındakı Nubiya səhrasına düşən göy cisminin dağılmış almaz parçaları üzərində üç müxtəlif tədqiqat apararaq, “2008 TC3” adlandırılan asteroidin mineral və kimyəvi tərkibini müəyyən ediblər. Belə ki, almazın tərkibində olan bəzi maddələrin yalnız 20 qiqapaskal təzyiqlə meydana gələ biləcəyi məlum olub.

İsveçrənin Lozanna Federal Politexnik İnstitutundan tədqiqatçı-alim Fərhəng Nabiei qeyd edib ki, yox olmuş bir nəhəng planetin ilk izləri üzə çıxarılıb. Onun sözlərinə görə, bu tədqiqatlar Günəş sistemindəki qalaktikaların daha əvvəl məhv olmuş planetlərin qalıqlarından yaranması ehtimalını da gücləndirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.