Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əliyev-Mişel-Paşinyanın beşinci Brüssel görüşünə sözardı

Əliyev-Mişel-Paşinyanın beşinci Brüssel görüşünə sözardı

Budapeşt, 16 may, AZƏRTAC

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bazar günü Azərbaycan və Ermənistanın rəhbərləri - İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən görüş danışıqların nəticələrinə görə hazırkı vəziyyətdə daha çox ümid vəd edən və informativ dərəcəsi baxımından ən məzmunlu olan bir hadisədir. İnformativ dedikdə həmin gün (və ya həmin gecə) Şarl Mişelin jurnalistlərin qarşısına çıxaraq səsləndirdiyi, sonradan mətn şəklində Konsiliumun saytında dərc olunan mətbuat üçün bəyanat nəzərdə tutulur.

Hazırkı görüş həmin formatda beşinci idi, mətbuatın qarşısında isə bizim xatırladığımız üç çıxış olub, həm də onlardan biri heç də gecəyarısı baş verməyib.

Mətbuatın qarşısına çıxan Mişelin hər kəlməsinin ekspertlər tərəfindən diqqətlə dinlənildiyi, bəyanatın mətninin saytda yerləşdirilməsinin səbirsizliklə gözlənildiyini xatırlamaq olar. Onlar bu və ya digər açar sözləri və bu kəlmələrin ifadə tərzini düzgün eşitdiklərinə əmin olmaq istəyirdilər, həmçinin mətni diqqətlə oxuyur, bəyanatın hər hərfini təhlil edirdilər. Bu dəfə də belə oldu, ekspertlər Mişelin hansısa “89 min” kvadrat kilometr sözlərinin mənasını dərhal anlaya bilmədilər. Saytda mətnin dərc olunmasını gözlədilər ki, rəqəmi düzgün eşitdiklərinə, bunun yanlış olmadığına əmin olsunlar. Saytda ilk dəqiqələrdən həmin rəqəmi gördükdə isə hamısı anlaşılmazlıq okeanına daldılar, yəni əgər Ermənistanın sahəsi əvvəlki kimi (29,8 min kvadrat kilometr) qalırsa, bu əlavə 3 min kvadrat kilometr nə deməkdir? Axı Cənubi Qafqaz “birisinin daha çox kəsdiyi zaman, digərinə daha az qalacağı” qaydasına uyğun piroqdur. Bizim üçün bu əlavə 3 min kvadrat kilometr haradan götürülüb və ən başlıcası, kimin ərazisi hesabına? Sonra həqiqət üzə çıxdı, məlum oldu ki, bu, sadəcə heç də az fırtınaya səbəb olmayan bir yazı səhvidir.

Bunu ona görə misal çəkdim ki, hər iki ölkədən olan (təkcə onlardan deyil) ekspertlər hər dəfə danışıqlardan dərhal sonra Şarl Mişelin jurnalistlərin qarşısına çıxmasını səbirsizliklə gözləyirdilər. Onlar mətbuat üçün bəyanatda liderlərin nə barədə danışdıqlarını, hansı nəticəyə gəldiklərini, hansı məsələlərdə hələ ki, mübahisələrin davam etdiyini və sairəni öyrənmək istəyirdilər.

Mən keçmişdə olmuş sensasiyaları xatırlayıram. Məsələn, ötən il mayın 23-də danışıqların ikinci raundundan sonra Şarl Mişelin nitqində erməni tərəfinin arzu etdiyi “prisoners of war” (“hərbi əsirlər”) yerinə, “detainees” (“saxlanılanlar”) sözü səsləndi. Xatirimdədir, biz “Qarabağın etnik erməni əhalisi” frazası ilə bağlı necə sevinirdik, halbuki erməni tərəfi ondan “Dağlıq Qarabağ xalqı” sözlərini eşitməyi gözləyirdi.

İndi də belə oldu: Şarl Mişel mətbuatın qarşısına çıxdı və bir çox məsələlərə aydınlıq gətirdi. Bəs bu dəqiqəyə bizim əlimizdə nə var?

Artıq əminliklə söyləmək olar ki, Ermənistan rəsmi olaraq (hələ ki, yalnız şifahi şəkildə, sənəd imzalamadan və parlamentdə ratifikasiya olunmadan) Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İrəvan, həmçinin bunu Qarabağın ölkəmizin tərkibində olması şərti ilə tanıyır. Bu, çox mühümdür. Əgər Avropa İttifaqı Şurasının Prezidenti deyirsə ki, tərəflər erməni tərəfinin hər hansı spekulyativ bəhanə olmadan 1991-ci il Alma-Atı bəyannaməsinə sadiqliyi təsdiq etdilər (yəni, ermənilərin bəli, biz hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və tanıyırdıq, lakin Qarabağ olmadan, belə ki, Qarabağ həmin vaxt artıq çıxmışdı bəhanəsi) və burada həmin ərazi bütövlüyünün özünün elan edildiyi sahə üzrə (bizim 86,6 min kvadrat kilometr və Ermənistanın 29,8 min kvadrat kilometr) dəqiqləşdirilməsi nəzərə alındıqda, bu o deməkdir ki, Ermənistan faktiki olaraq bəyan edir: “Qarabağ Azərbaycandır və nida işarəsi!”

Vəssalam! Bunun başqa izahı ola bilməz! Bu, artıq dönməz bir prosesdir.

Daha sonra. Şarl Mişelin bəyanatından belə çıxır ki, İrəvan Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsi üzrə öz etirazını geri götürür. Bu da geri dönüşü olmayan bir hadisədir və Paşinyan indi bununla razıdır, çünki Şarl Mişelin bəyanatına əsasən, o, faktiki olaraq, Prezident Əliyevin burada, Brüsseldə 2021-ci il dekabrın ortalarında səsləndirdiyi Bakının təkliflərini qəbul edir. Konkret olaraq Azərbaycan Prezidenti NATO-nun qərargahında mətbuatın qarşısında çıxışı zamanı “Azadlıq” radiosunun müxbirinin sualına cavab verərkən, ilk dəfə sərhədin Laçın-Gorus sahəsində və Mehri keçidinin hər iki sonunda - Mehri-Zəngilan və Mehri-Ordubad sahələrində keçid rejiminin identikliyi (dəqiqliyi) ilə bağlı bəyanat vermişdi. Biz xatırlayırıq ki, o, bu zaman vurğulamışdı ki, hər iki variantdan biri bizi qane edir: ya hər iki tərəfdən gömrük olmadan, yaxud da həm Laçın, həm də Zəngəzur dəhlizində gömrük ilə.

Şarl Mişelin bəyanatında tərəflərin dəmir yolunun inşasına və Naxçıvana və Naxçıvandan keçməklə dəmir yolu xəttinin açılmasına, həmçinin onların Brüsseldəki Ümumdünya Gömrük Təşkilatına dəstək üçün müraciət etməsinə sadiqliyi barədə yer alan sözlər ondan xəbər verir ki, Zəngəzur dəhlizinin ən azı dəmir yolu seqmenti ilə bağlı artıq tərəflər arasında razılıq əldə olunub. Buradan belə nəticə çıxarmaq olar ki, yüklər Çindən Xəzər dənizi vasitəsilə Azərbaycana göndəriləcək, sonra həmin Zəngəzur dəhlizi ilə dəmir yolu vasitəsilə Naxçıvana və daha sonra Muxtar Respublikanın ərazisindən Türkiyə və Avropaya yola salınacaq. Gələcəkdə isə təkcə yüklərin deyil, həm də sərnişinlərin daşınması həyata keçiriləcək. Bundan başqa, ola bilər ki, Ermənistandan İrana Naxçıvandan keçməklə dəmir yolu əlaqəsi olsun, yəni yəqin ki, söhbət Ermənistanın yüklərinin Culfa körpüsü vasitəsilə keçməsindən gedir. Bütün bunlar o deməkdir ki, əvvəla, Naxçıvan ərazisi Çin və Avropanı birləşdirəcək, ikincisi, Culfa vasitəsilə Ermənistandan İrana yol açılacaq.

Beləliklə, əgər Mişelin bəyanatının məhz bu hissəsində Ümumdünya Gömrük Təşkilatına istinad yer alıbsa, onda belə bir nəticəyə gəlmək olar ki, Bakı İrəvanı sərhədin bu və ya başqa sahələrində keçid məntəqələrində nəzarət-buraxılış məntəqələrinin açılması üzrə təklifi qəbul etməyə vadar edib. Laçın sahəsində nəzarət-buraxılış məntəqəsi barədə məsələ artıq İrəvan tərəfindən qaldırılmamalıdır, çünki ehtimal edildiyi kimi, Ermənistan Azərbaycanın təklifini qəbul edir. Daha bir sensasiya var: əgər Mişel “keçmiş Dağlıq Qarabağ muxtar vilayəti” frazasını söylədisə, bu o deməkdir ki, dünya ictimaiyyəti artıq DQMV-nin muxtariyyətinin ləğvinin dönməz olduğunu tədricən qəbul etməyə başlayır, bunu başa çatmış fakt kimi qəbul edərək həmin statusun yerində nə olduğunu dəqiqləşdirmir. Heç bir “Arsax”, heç bir “DQR” yoxdur, əvəzində, “keçmiş Dağlıq Qarabağ muxtar vilayəti var” və orada “xalq” deyil, “etnik erməni əhalisi” yaşayır. Bu o deməkdir ki, dünya ictimaiyyəti artıq Qarabağın heç bir xüsusi statusu olmadığını və olmayacağını bilir, onun hazırkı yeganə statusunun isə (hər halda Avropa İttifaqının nəzərində) “keçmiş Dağlıq Qarabağ muxtar vilayəti” olduğunu söyləmək olar. Biz isə öz səylərimizi ikiqat artırmalı, dünya ictimaiyyətini tezliklə Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu haqqında danışmasına nail olmalıyıq. Bununla yanaşı, Bakı və keçmiş DQVM-nin etnik erməni əhalisi arasında dialoqa gəlincə, Şarl Mişelin bəyanatında “dünya ictimaiyyəti ilə əməkdaşlıq şəraitində” sözləri yer aldı. Təbii ki, ermənilərin sözdə ekspertləri bu frazanı yanlış şərh edəcəkdilər. Onlar həmin sözləri “dünya ictimaiyyətinin iştirakı ilə” şəklində təqdim etdilər. Halbuki Mişelin çıxışında və sonradan yayılan bəyanatında “participation” deyil, “in close cooperation with the international community” deyilir. Əməkdaşlıq və iştirak - bu kəlmələr müxtəlif mənalar daşıyır. Beləliklə, gözlərimizin önündə bu dialoqun “beynəlxalq mexanizmləri” haqqında daha bir qəbuledilməz tezis bizim üçün tarixə qovuşur. Burada bizim daha bir növbəti diplomatik qələbəmizi qeyd etmək olar.

Beləliklə, Brüsseldə hazırkı danışıqların yekunlarına görə aşağıdakıları qeyd etmək olar: Zəngəzur dəhlizi artıq üfüqdə görünməyə başlayır (doğrudur, avtomobil əlaqəsi üzrə məsələ hələ də həll olunmamış qalır); bundan başqa, Qarabağ Azərbaycandır və nida işarəsi - İrəvan artıq bunu faktiki olaraq bəyan edir. Eyni zamanda, Azərbaycanın hökumət orqanları ilə keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin sakinləri arasında dialoq məsələsi bütün hallarda Avropa İttifaqı tərəfindən bizim üçün əlverişli leksik məzmun kəsb edir.

Hazırkı görüşün nəticələri belədir. Gördüyümüz kimi, çox böyük tərəqqi var. Sülh sazişi imzalanacaqmı? Əlbəttə! Nə zaman? Tezliklə deyil. Artıq minimum üç yeni görüşün -Avropa siyasi birliyinin ikinci sammiti çərçivəsində iyunun 1-də Moldovanın Kişineu şəhərində, sonra Avropa siyasi birliyinin üçüncü sammiti formatında oktyabrda İspaniyanın Qranada şəhərində, daha sonra iyulda Brüssel formatında keçiriləcək yeni bir üçtərəfli görüşlərin anons edilməsi o deməkdir ki, sülh sazişinin tezliklə imzalanacağını gözləmək həddindən artıq böyük nikbinlik olardı. Sülh sazişi imzalanacaq və bizim şərtlərimiz əsasında imzalanacaq. Lakin bu, (mənim subyektiv fikrimdir) oktyabrdan əvvəl olmayacaq.

Bizə isə prosesləri diqqətlə izləməkdə davam etmək və diplomatiyamızın hər bir irəliləyişini qeydə almaq qalır.

 
Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk