DÜNYA
Almaniya məktəbləri növbəli dərslərə keçir
Berlin, 12 aprel, AZƏRTAC
İki həftəlik Pasxa tətilindən sonra Almaniya məktəbləri öz qapılarını yenidən şagirdlərin üzünə açır.
AZƏRTAC xəbər verir ki, şagirdlər “alternativ siniflər”də dərslərə başlayacaq. İnfeksiya riskinin davam etməsi səbəbindən şagirdlər məktəbə növbəli qaydada gələcəklər. Belə dərs üsulu ilk dəfə olaraq keçən il sınaqdan keçirilib.
Dərslər şagirdlərin sayı iki dəfə azaldılmış siniflərdə keçiriləcək. Sinfin bir hissəsi dərsləri məktəbdə keçəcək. Digər hissəsi isə dərslərə distant üsulu ilə, evdən qoşulacaq. Daha sonra onlar bir-biri ilə yerlərini dəyişəcəklər.
Bundan əlavə, bu gündən etibarən hər bir yuxarı sinif şagirdi koronavirusa görə mütləq həftədə iki ekspress testdən keçməlidir. Testlərin məktəbdə götürüləcəyi bildirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]