İQTİSADİYYAT


Almaniya sənayesində xammal çatışmazlığı kəskinləşir

Berlin, 1 avqust, AZƏRTAC

Cari ilin birinci yarısında xammal və aralıq məhsullar ilə təchizatda fasilələr almaniyalı sənayeçilərin əsas problemi olub.

AZƏRTAC xəbər verir ki, Karlsruedə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu tərəfindən aparılmış rəy sorğusunun nəticələri bu qənaətə gəlməyə əsas verir. Şirkətlərin dörddə üç hissəsinin fikrincə, onların işində əsas əngəl ilkin materialların çatışmamasıdır. Qıtlıq həm xammala, həm də elektron dəstləşdirmə vasitələrinə aiddir. Dünya logistikasında, o cümlədən gəmiçilikdə mövcud problemlər də əvvəlki kimi böyük rol oynayır, çünki Avropaya gətirilən malların çoxu dəniz yolu ilə çatdırılır.

Elektrotexnika, maşınqayırma və avtomobilqayırma sahələrində firmaların təqribən 90 faizi zəruri materialların çatışmamasından şikayətlənir. Üstəlik, xammal və yarımfabrikatlar təchizatında yaxın gələcəkdə hər hansı yaxşılaşma əlamətləri müşahidə olunmur. Bu il Almaniya sənayesi üçün hansı nəticələrlə başa çatacaq - bunu heç kəs deyə bilmir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.