DÜNYA


Almaniyada kiberhücumlarla bağlı fövqəladə vəziyyət rejimi elan edilib

Berlin, 12 iyul, AZƏRTAC

Saksoniya-Anhalt federal əyalətində fövqəladə vəziyyət rejimi elan edilib.

AZƏRTAC xəbər verir ki, Almaniya dövlətinin tarixində belə rejim, necə deyərlər, görünməmiş hadisə deyil. Lakin bu dəfə səbəb çox qeyri-adi və bütün ölkə üçün yeni hadisədir.

Bu federal əyalətdə, daha dəqiq desək, Anhalt-Biterfeld dairəsində fövqəladə təhlükəsizlik tədbirləri tətbiq edilməsi haker hücumları riskinin yüksək səviyyədə olması ilə bağlıdır.

Almaniyada indiyə qədər belə hadisə olmayıb. Doğrudur, haker hücumları əvvəllər də qeydə alınıb, lakin fövqəladə vəziyyət rejimi ilk dəfə tətbiq edilib.

Məsələ burasındadır ki, bir neçə gün bundan əvvəl həmin dairənin serverləri kibercinayətkarların şiddətli hücumuna məruz qalıb. Nəticədə yerli administrasiya sistemi təxminən iki həftədə iflic vəziyyətinə düşüb. Bu dövrdə sakinlər sosial ödəniş və müavinətləri ala bilməyiblər. Nəticədə həm iqtisadiyyatın başqa sektorlarında, həm də əhaliyə sosial xidmət sahələrində normal iş rejimi pozulub.

İndi hakimiyyət orqanları tərəfindən tətbiq edilmiş fövqəladə vəziyyət rejimi kiberhücumlara operativ cavab verməlidir. Bölgədə AFR Federal İnformasiya Təhlükəsizliyi İdarəsinin mütəxəssisləri işləyir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.