DÜNYA
Almaniyada pensiya yaşı artırıla bilər
Berlin, 2 aprel, AZƏRTAC
Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı liderləri ölkənin sosial sferasında yaranmış maliyyə problemlərini özünəməxsus qaydada həll etmək istəyirlər.
AZƏRTAC xəbər verir ki, təşəbbüsün müəllifləri pensiya yaşını 67 yaşadək artırmağı təklif edirlər. Almaniyanın “Bild” qəzetində dərc olunan məqalə cəmiyyətdə, xüsusən də tezliklə pensiyaya yollanmağa hazırlaşanlar arasında ciddi narazılığa səbəb olub. Əgər təklif Bundestaqda təsdiqlənərsə, onlar daha çox işləməli olacaqlar.
Təklifin təşəbbüskarları isə hesab edirlər ki, pensiya yaşının indiki formada qalması belə davam edə bilməz. Təşəbbüsdə pensiya yaşının tənzimlənməsi təklif edilir. Belə ki, 63 yaşında təqaüdə çıxmağı onlar səhv hesab edirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]