ELM VƏ TƏHSİL
Almaniyadan dəvət olunan müəllim Azərbaycan Texniki Universitetində alman dilini tədris edəcək
Bakı, 6 oktyabr, AZƏRTAC
Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə Almaniyadan dəvət olunan Klaudio Kasperl Azərbaycan Texniki Universitetində (AzTU) alman dilini tədris edəcək.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, iki il ərzində Xarici dillər kafedrasında fəaliyyət göstərəcək Klaudio Kasperl alman dilinin tədrisi ilə yanaşı, DAAD-ın proqramları barədə məlumatlandırma və təşviq işlərini də həyata keçirəcək.
Qeyd edək ki, Klaudio Kasperl hazırda AzTU-da bakalavriat səviyyəsində 3 qrupda alman dilinin tədrisinə başlayıb. O, həmçinin Xarici dillər kafedrasının müəllimləri və alman dili üzrə baza bilikləri olan əməkdaşlar üçün danışıq kursları təşkil edir.